İDMAN

Siyasətdən kənar idman: Qoşulmama Hərəkatının xüsusi Olimpiya bəyannaməsi nədən bəhs edir?

Qoşulmama Hərəkatının üzvləri qarşıdan gələn Olimpiya və Paralimpiya Oyunlarının siyasətdən kənarda keçiriləcəyinə ümid etdiklərini bildiriblər.
Sputnik
BAKI, 7 iyul — Sputnik. Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Bakıda keçirilən nazirlər iclası öz işini uğurla başa çatdırıb. Nümayəndələr əsas və mühüm sənədlərlə yanaşı, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları ilə bağlı xüsusi bəyannamə qəbul ediblər.
Sənəddə digər məsələlərlə yanaşı vurğulanır ki, "idman siyasiləşdirilməməlidir", idman qurumları Olimpiya Hərəkatı çərçivəsində neytrallığı qorumalıdır.
Bəyannamədə ayrıca qeyd olunur ki, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında bütün 206 milli komitənin idmançılarının iştirakı yarışları bütün müxtəlifliyi ilə bəşəriyyətin birlik və həmrəyliyinin simvoluna çevirəcək.
Sənədi yekunlaşdıran Qoşulmama Hərəkatının üzvləri qarşıdan gələn Oyunların siyasətdən kənarda keçiriləcəyinə ümid etdiklərini bildiriblər.
Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclasında 93 ölkənin, 11 beynəlxalq təşkilatın, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərin, müşahidəçi statusu olan dövlətlərin və beynəlxalq təşkilatların və xüsusi qonaq qismində dəvət olunan nümayəndələri iştirak ediblər.