RUSİYA

Polşa hakimiyyəti beynəlxalq öhdəliklərini yerinə yetirməkdən yayınır - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Rusiyanın Polşadakı səfirliyi dərhal Polşa tərəfdən bu hadisə ilə bağlı izahat və məlumatın rəsmi təsdiqini tələb edib.
Sputnik
BAKI, 6 iyul — Sputnik. Varşava Rusiya vətəndaşı Maksim Sergeyevin Polşada saxlanması barədə məlumat vermək öhdəliyindən yayınır. Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomatın sözlərinə görə, Rusiyanın Polşadakı səfirliyi dərhal Polşa tərəfdən bu hadisə ilə bağlı izahat və məlumatın rəsmi təsdiqini tələb edib.
"Yerli səlahiyyətli orqanlara rusiyalıya baş çəkmək imkanı verilməsi tələbi ilə müraciət edilib. Lakin ölkədə hökm sürən rusofobiya və casus paranoyası şəraitində Polşa hakimiyyəti beynəlxalq hüquqda nəzərdə tutulan birbaşa öhdəliklərini yerinə yetirməkdən yayınır", - deyə Zaxarova bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Fransada ksenofobiya, miqrantlara qarşı düşmənçilik artıb - Rusiya XİN narahatdır