İDMAN

III Avropa Oyunlarının açılış mərasimi keçirilib

Özündə Polşanın elm, mədəniyyət və ədəbiyyat sahəsində dünya şöhrətli şəxsiyyətlərinin əsərlərinin məzmununu birləşdirən bir neçə kompozisiya da açılışı izləyənlərə təqdim edilib.
Sputnik
BAKI, 21 iyun - Sputnik. Polşada, Krakovda yerləşən "Miejski" stadionunda III Avropa Oyunlarının açılış mərasimi keçirilir.
Mərasim ev sahibi Polşanın bayrağının arenanın mərkəzinə gətirilməsi ilə start götürüb. Bayraq xüsusi hazırlanmış dirəkdə təntənəli şəkildə ucaldılıb.
Daha sonra Polşa tarixinin müxtəlif dövrlərini özündə əks etdirən səhnəciklər təqdim olunub.
Ardınca mərasim bədii hissə ilə davam edib. Yerli "Qoleç Uorkestra", həmçinin, 2022-ci ildə Avroviziya musiqi müsabiqəsinin qalibi olmuş Ukraynanın "Kaluş" qrupunun ifaları səslənib.
Daha sonra meydana yarışın rəsmi maskotları Krakuşek və Salamandra Sandra dəvət olunublar. Onlar ortaq "Biz birlikdəyik!" şüarını səsləndiriblər.
Özündə Polşanın elm, mədəniyyət və ədəbiyyat sahəsində dünya şöhrətli şəxsiyyətlərinin əsərlərinin məzmununu birləşdirən bir neçə kompozisiya da açılışı izləyənlərə təqdim edilib (Report).
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Azərbaycanda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.