"Amma bununla yanaşı, bu ümumi istiqamətin müəyyən qədər yenilənməsini, buna yeni mənzərə gətirilməsinə şahidlik edə bilərik. Hesab edirəm ki, xüsusən də Qərblə münasibətlər müəyyən qədər balanslı olacaq. Yəni, Qərblə münasibətlərdəki gərginliklərin azaldılmasını müşahidə edə bilərik. Yenə də gərginliklər olacaq, amma əvvəlki səviyyədə olmayacaq. Qərbdən gələn mesajlar da bu yöndədir. Qərb uzun müddət Türkiyənin müstəqil siyasət yürütməyinə müqavimət göstərdi. Xüsusən də Bayden administrasiyası Türkiyənin müstəqil xarici siyasət apara bilməsini qəbullanmaq istəmir. Onlar hesab edir ki, Türkiyənin siyasi xətti də Qərbdəki xəttin davamı olmalıdır. Görünən odur ki, Türkiyə mövcud siyasi xətdən geri dönməyəcək və Qərb də bunu qəbullanıb. Dolayısı ilə Türkiyə ilə Qərb arasında çox böyük gərginliklərin olacağını gözləmirəm. Türkiyə iqtisadi olaraq gərgin günlər keçirir, bu da Qərblə münasibətlərin yumşalacağına təkan verə bilər".
"Hesab edirəm ki, Rusiya son bir neçə ildə olduğu kimi Türkiyə ilə münasibətlərdə tolerantlıq nümayiş etdirməyə davam edəcək. Həmçinin orta müddətdə Rusiya-Türkiyə münasibətlərinin daha da dərinləşməsi, hətta genişlənməsini istisna etmirəm. Bütün bunlar göstərir ki, mövcud Rusiya-Türkiyə münasibətləri balans çərçivəsində güclənməyə davam edəcək. Bu, özlüyündə Qafqazda gedən proseslərə də təsir göstərəcək".