Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə xarici siyasətini dəyişəcək? - Politoloq açıqladı

© Sputnik / Александр ДемьянчукRusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı - Sputnik Azərbaycan, 1920, 08.06.2023
Abunə olmaq
Türkiyə və Rusiya həm qlobal, həm də regional müstəvidə, eyni zamanda Qafqaz üzərində əməkdaşlığa davam edəcəklər.
BAKI, 7 iyun — Sputnik. Ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkənin yeni nazirlər kabinetinin tərkibini açıqladı. Köhnə kabinetdən sadəcə iki nazir vəzifəsində qaldı. Xüsusən də Türkiyə xarici işlər naziri vəzifəsinə gətirilən Hakan Fidan şəxsiyyəti geniş müzakirələrə səbəb oldu.
Türkiyənin regional münasibətlərdə, beynəlxalq münasibətlər sistemində tutduğu mövqe bu dəyişikliklərin ölkənin siyasətində dəyişiklik gətircəkmi suallarını ortaya çıxardı.
Sputnik Azərbaycan Türkiyədə kabinet dəyişikliyinin bu ölkənin xarici siyasətinə təsirləri ilə bağlı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) sədrinin müavini, politoloq Nazim Cəfərsoyun fikirlərini öyrənib.
© Photo : UNECNazim Cəfərsoy
Nazim Cəfərsoy - Sputnik Azərbaycan, 1920, 08.06.2023
Nazim Cəfərsoy
QAFSAM sədrinin müavini bildirib ki, Türkiyə xarici siyasətinin əvvəlki kursu davam etdiriləcək.
Onun sözlərinə görə, istər Qafqazda, istər Avrasiya coğrafiyasında, istər türk dövlətləri və digər ölkələrlə münasibətlərdə ümumi istiqamət davam etdiriləcək.

"Amma bununla yanaşı, bu ümumi istiqamətin müəyyən qədər yenilənməsini, buna yeni mənzərə gətirilməsinə şahidlik edə bilərik. Hesab edirəm ki, xüsusən də Qərblə münasibətlər müəyyən qədər balanslı olacaq. Yəni, Qərblə münasibətlərdəki gərginliklərin azaldılmasını müşahidə edə bilərik. Yenə də gərginliklər olacaq, amma əvvəlki səviyyədə olmayacaq. Qərbdən gələn mesajlar da bu yöndədir. Qərb uzun müddət Türkiyənin müstəqil siyasət yürütməyinə müqavimət göstərdi. Xüsusən də Bayden administrasiyası Türkiyənin müstəqil xarici siyasət apara bilməsini qəbullanmaq istəmir. Onlar hesab edir ki, Türkiyənin siyasi xətti də Qərbdəki xəttin davamı olmalıdır. Görünən odur ki, Türkiyə mövcud siyasi xətdən geri dönməyəcək və Qərb də bunu qəbullanıb. Dolayısı ilə Türkiyə ilə Qərb arasında çox böyük gərginliklərin olacağını gözləmirəm. Türkiyə iqtisadi olaraq gərgin günlər keçirir, bu da Qərblə münasibətlərin yumşalacağına təkan verə bilər".

Nazim Cəfərsoy onu da bildirib ki, Türkiyənin xarici siyasəti qlobal və regional balans üzərində qurulub:
"Bunu amerikalılarla balanslaşdırmaq orta və uzunmüddətli strategiyanın tərkib hissəsidir. Bu kontekstdə Rusiya ilə münasibətlərdə kəskin dəyişikliklər gözləmirəm. Türkiyə və Rusiya həm qlobal, həm də regional müstəvidə, eyni zamanda Qafqaz üzərində əməkdaşlığa davam edəcəklər. Çünki bu münasibətlərin qurulmasında indiki xarici işlər naziri Hakan Fidan MİT rəhbəri kimi aktiv rol oynayıb. Ona görə Rusiya ilə münasibətlərin mövcud trendlərlə davam edəcəyini, müəyyən qədər aktivləşəcəyini düşünürəm. Xüsusən də Rusiya Türkiyənin Suriya probleminin həllində aktiv əməkdaşlıq edəcək, eyni ilə Türkiyə də Ukrayna münaqişəsi ilə bağlı Qərb və Rusiya arasında məsələlərin həllində önəmli rol oynamağa davam edəcək".
Politoloq hesab edir ki, əgər münasibətlər bu xətlə davam edərsə, iki ölkə arasında problemlərin olacağını düşünmürəm.

"Hesab edirəm ki, Rusiya son bir neçə ildə olduğu kimi Türkiyə ilə münasibətlərdə tolerantlıq nümayiş etdirməyə davam edəcək. Həmçinin orta müddətdə Rusiya-Türkiyə münasibətlərinin daha da dərinləşməsi, hətta genişlənməsini istisna etmirəm. Bütün bunlar göstərir ki, mövcud Rusiya-Türkiyə münasibətləri balans çərçivəsində güclənməyə davam edəcək. Bu, özlüyündə Qafqazda gedən proseslərə də təsir göstərəcək".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Suriya bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.06.2023
DÜNYA XƏBƏRLƏRİ
Türkiyə-Suriya münasibətlərində yeni dövr açılacaq - ekspert
Xəbər lenti
0