İDMAN

Üçüncü Avropa Oyunları 50 ölkədə birbaşa yayımlanacaq

III Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək Polşanın Krakov şəhərində təşkil olunacaq. Yarışda 48 ölkədən 7 minədək idmançı iştirak edəcək.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Polşada keçiriləcək III Avropa Oyunları 50 ölkədə birbaşa yayımlanacaq.
Bu barədə yarışın rəsmi saytında məlumat verilib.
Məlumatda bildirilib ki, siyahıda Avropa ilə yanaşı, Cənubi və Mərkəzi Amerika ölkələri də yer alıb. Danışıqlar davam etdiyi üçün bu sayın artacağı gözlənilir.
III Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək Polşanın Krakov şəhərində təşkil olunacaq. Yarışda 48 ölkədən 7 minədək idmançı iştirak edəcək.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.