RUSİYA

Rusiya və Tacikistan birgə mübarizəni davam etdirəcək - Lavrov

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bu mənada ötən ilin payızında Astanada baş tutan Mərkəzi Asiya-Rusiya sammitinin qərarlarının həyata keçirilməsi istiqamətində fəaliyyət böyük əhəmiyyət kəsb edəcək.
Sputnik
BAKI, 6 iyun — Sputnik. Moskva və Düşənbə terrorizm, ekstremizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə fəaliyyətini davam etdirmək niyyətindədir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Biz terrorizm, ekstremizm, narkotik ticarəti ilə mübarizəni davam etdirəcəyik, müttəfiq əməkdaşlığımızı həqiqətən yüksək qiymətləndiririk", - Rusiya XİN rəhbəri bildirib.
Lavrov görüş zamanı xüsusilə Əfqanıstan ətrafındakı vəziyyətin müzakirə edildiyinə diqqət çəkib.
"Biz müntəzəm olaraq sıx, konfidensial məsləhətləşmələr aparırıq. Beynəlxalq platformalarda birlikdə işləyirik", - o qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bu mənada ötən ilin payızında Astanada baş tutan Mərkəzi Asiya-Rusiya sammitinin qərarlarının həyata keçirilməsi istiqamətində fəaliyyət böyük əhəmiyyət kəsb edəcək.
"Biz indi bu razılaşmaların həyata keçirilməsi planı üzərində işi başa çatdırırıq", - deyə Lavrov yekunlaşdırıb.
RUSİYA
Rusiya və Tacikistan XİN rəhbərləri miqrantların problemlərini müzakirə ediblər