RUSİYA

Azərbaycanla Ermənistan arasında sərhədi keçmə proseduru müzakirə ediləcək

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri bir həftə sonra Moskvada sərhəd və gömrük nəzarəti ilə bağlı detalları danışacaqlar.
Sputnik
BAKI, 26 may - Sputnik. Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistanla Azərbaycan arasında hansı texniki həll olunmamış məsələlərin qaldığını açıqlayıb.
Üçtərəfli işçi qrupun rusiyalı həmsədri bildirib ki, bunlar texniki, lakin çox vacib detallardır.
"Söhbət Azərbaycanla Ermənistan arasında sərhədi keçmə prosedurundan gedir. Sərhəd və gömrük nəzarəti necə aparılacaq. Bu, baş nazirin müavinlərinin bir həftə sonra Moskvada müzakirə edəcəyi suallardır", - deyə Overçuk bildirib.
Rusiya Federasiyası, Ermənistan və Azərbaycanın baş nazir müavinləri bir həftə sonra görüşəcək və Qarabağla bağlı texniki məsələləri müzakirə edəcəklər.
Bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla mayın 25-də Moskvada keçirdikləri zirvə görüşündə bildirib.
"Biz indi razılaşdıq ki, yaxın gələcəkdə, bir həftə sonra - mən həmkarlarımdan bu tarixlə bağlı razılığa gəlməyi xahiş edəcəyəm - Rusiya, Azərbaycan və Ermənistan hökumətlərinin baş nazir müavinləri görüşəcək və həll olunmamış məsələlər aradan qaldırılacaq", - Putin deyib.
Onun sözlərinə görə, bu, hələlik həll edilməmiş məsələlərin həll olunacağına ümid verir.
"Bir həftəyə razılaşdıq - bu gün cümə axşamıdır... Bir həftədən sonra yaxşıdır?" - Rusiya Federasiyasının prezidenti Əliyev və Paşinyanla vaxtı dəqiqləşdirib.
Azərbaycan prezidenti və Ermənistanın baş naziri baş nazir müavinləri səviyyəsində görüşün bir həftədən sonra keçirilməsinə razılaşıblar.
SİYASƏT
Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri bir həftə sonra görüşəcəklər