RUSİYA

Prilepinə qarşı terror aktına görə məsuliyyət Ukrayna və ABŞ-ın üzərinə düşür - Rusiya XİN

Nazirlik bəyan edib ki, xüsusi beynəlxalq təşkilatların terror aktı ilə bağlı susmasının qəbuledilməzdir.
Sputnik
BAKI, 6 may - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi şənbə günü bildirib ki, yazıçı Zaxar Prilepinə qarşı terror aktına görə məsuliyyət təkcə Ukrayna hakimiyyətinin deyil, həm də ABŞ-ın üzərinə düşür.

“Vaşinqtonun rusiyalı jurnalistə və ictimai xadimə qarşı növbəti terror aktını pislənməməsi ABŞ hakimiyyətinin özünü ifşa edir. Müvafiq beynəlxalq təşkilatların susması qəbuledilməzdir”, - Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan mesajda deyilir.

Xarici İşlər Nazirliyi qeyd edib ki, Prilepinə qarşı terror aktına və digər terror aktlarına görə məsuliyyət təkcə Ukrayna hakimiyyətinin deyil, həm də onların “Qərb havadarlarının” üzərinə düşür. Bu, ilk növbədə 2014-cü ilin fevralında baş vermiş dövlət çevrilişindən sonra Ukraynada neonasizmlə yoğrulan anti-Rusiya layihəsini bəsləyən ABŞ-a aiddir”.
Şənbə günü səhər saatlarında rusiyalı yazıçısı Zaxar Prilepinin avtomobili Nijni Novqorod vilayətində magistral yolda partladılıb. Sürücü həlak olub, yazıçı yaralanıb.
Prilepinin mətbuat xidməti onu da bildirib ki, partlayış nəticəsindəyazıçının silahdaşı, Rusiya Qvardiyasının “Oplot” batalyonunun əməkdaşı olan Aleksandr Şubin həlak olub.
İsti izlərlə aparılmış axtarış nəticəsində Prilepinlə avtomobili partlatmaqda əli ola biləcək şəxs saxlanılıb. Daha sonra DİN saxlanılan şəxsin mümkün şəriklərinin axtarışını davam etdirdiyini açıqlayıb.
Rusiya Federasiyasının İstintaq Komitəsindən qeyd ediblər ki, saxlanılan Aleksandr Permyakov Ukrayna xüsusi xidmət orqanlarına işə götürüldüyünü etiraf edib, Prilepinin avtomobilində quraşdırılmış partlayıcını uzaqdan işə salıb.
Rusiya Federasiyasının İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Prilepinin sağlamlığı üçün heç bir təhlükə yoxdur - Qubernator