İDMAN

Rusiya XİN: BOK-a üzv olan ölkələrin əksəriyyəti Rusiyanın idmana qayıtmasını dəstəkləyir

Rusiya Olimpiya Komitəsinin Atletlər Komissiyası bundan əvvəl BOK-a Rusiya və Belarus idmançılarının yarışmasına icazə verilməli olduğu barədə bəyanat göndərib.
Sputnik
BAKI, 2 may — Sputnik. Rusofob ölkələr idmandan Rusiyaya qarşı alət kimi istifadə edirlər, lakin Beynəlxalq Olimpiya Komitəsinə üzv olan ölkələrin böyük əksəriyyəti Rusiyanın dünya idmanına qayıtmasını dəstəkləyir.
"RİA Novosti" Rusiya Xarici İşlər Nazirliyinə istinadən bu barədə xəbər verib.
Moskva hazırkı vəziyyətdə BOK-un tövsiyələrinə uyğun olaraq idmançılarımızın yarışlara buraxılması ilə bağlı qərarlar qəbul edən beynəlxalq idman federasiyaları ilə qarşılıqlı əlaqəni davam etdirməyi düzgün hesab edir.
"İdman mövzusu da istisna deyil - o, ölkəmizə münasibətdə ikili standartların tətbiqi üçün alət kimi fəal şəkildə istifadə olunur", - deyə nazirlik əlavə edib.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi beynəlxalq federasiyalara Rusiya və Belarusdan olan "fərdi neytral" idmançıların yarışmasına icazə verməyi tövsiyə edib. Bu iki ölkənin idmançı komandaları qəbul edilməyəcək. Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov bu meyarları ayrı-seçkilik və insan hüquqlarının pozulması adlandırıb.
Qeyd edək ki, Rusiya Olimpiya Komitəsinin Atletlər Komissiyası bundan əvvəl BOK-a Rusiya və Belarus idmançılarının yarışmasına icazə verilməli olduğu barədə bəyanat göndərib.