BAKI, 30 aprel - Sputnik. Haaqa məhkəməsi təxminən 550 uşaq sahibi ola biləcək Hollandiyalı sperma donorunun bu fəaliyyəti davam etməsinin qadağan edilməsinə qərar verib. Bu barədə Dutch News portalı yazır.
Portalın məlumatına görə, 41 yaşlı hollandiyalı Conatan Yakob Meyer sperma donorluğu sayəsində 550-yə yaxın uşağın atası ola bilər.
Hazırda bu adam "dünyada yüzlərlə qadını aldatmaqda" günahlandırılıb.
Qeyd olunur ki, məhkəmə kişini yenidən sperma verərsə və ya donor xidmətlərini reklam edərsə, 100 min avro cərimə ilə hədələyərək sperma bağışlamağa davam etməyi qadağan edib.
Məhkəmə iddiasında adı çəkilən Yeva adlı holland qadının 2018-ci ildə Meyerdən körpəsi olub.
“Onun 100-dən çox uşaq atası olduğunu bilsəydim, heç vaxt onu (donor kimi – red.) seçməzdim”, - deyə o, açıqlamasında bildirib.
Meyer haqqında ilk dəfə 2017-ci ildə Hollandiyada 10 fərqli klinika vasitəsilə ən azı 102 uşaq dünyaya gətirdiyi üzə çıxanda Hollandiya Ginekoloqlar Assosiasiyası (NVOG) tərəfindən məlumat verilib.
Sonra hollandiyalının adı öz vətənində "qara siyahı"ya salınıb. Lakin adam xaricdə, o cümlədən Danimarka və Ukraynada öz xidmətlərini veb saytlar vasitəsilə təklif edərək sperma donorluğuna davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.