BAKI, 25 aprel - Sputnik. Rusiya və ABŞ-ın həbsdə olan vətəndaşlarının mübadiləsini müzakirə etmək üçün bu ölkələrin prezidentləri arasında Cenevrə görüşündən sonra əldə edilmiş razılaşmaların nəticələrinə əsasən xüsusi kanal yaradılıb.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorka səfərindən sonra mətbuat konfransında deyib.
“Cozef Bayden və Vladimir Putin arasında 2021-ci ilin iyununda Cenevrədə əldə edilmiş razılaşmaya əsasən, ABŞ-da saxlanılan Rusiya vətəndaşlarının mübadiləsinin müzakirəsi üçün xüsusi kanal yaradılıb", - Lavrov bildirib.
Lavrov qeyd edib ki, ABŞ həbsxanalarında 60-a yaxın rusiyalı var.