BAKI, 16 aprel - Sputnik. Gənclərdən ibarət qrup hərəkətləri komandamız Bakıda keçirilən bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirində ikinci olub.
Gövhər İbrahimova, İlahə Bahadırova, Zəhra Cəfərova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova və Ayan Sadıqovadan ibarət komandamızın final mərhələsində 5 iplə çıxışı hakimlər tərəfindən 29,050 xalla qiymətləndirilib.
Yarışın qalibi 30 xalla İsrail komandası olub. Polşa gimnastları 27,950 xalla bürünc medala layiq görülüblər.
Turnirə 14 ölkədən 119 gimnast qatılıb. “AGF Trophy” böyük gimnastlar arasında aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyır.