BAKı, 26 mart - Sputnik. Bu gün Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib.
Qarşılaşmanın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində yer alan Bafetimbi Qomis ilk qolu vurub.
"Köhlən atlar"ın heyətində Redon Cica 18-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1. Birinci hissə bu hesabla başa çatıb.
87-ci dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi penaltini dəqiq yerinə yetirib - 1:2.
Qarşılaşma bu hesabla bitib.