BAKI, 23 mart - Sputnik. Çilinin "Kobresal" klubunun argentinalı qapıçısı Leandro Rekena inanılmaz qola imza atıb.
“Kolo-Kolo” klubu ilə Çili çempionatı oyununun 77-ci dəqiqəsində “Kobresal” 2:0 hesabı ilə öndə olarkən qapıçı topu güclü zərbə ilə qarşı tərəfə göndərib.
“Kolo-Kolo”nun qapıçısı Brayan Kortez mövqeyindən xeyli uzaqlaşdığı üçün topun qapıdan keçməsinə mane ola bilməyib.
“TNT Sports Chile”nin məlumatına görə, Rekena qolu 101 metr məsafədən vurub və bu da mütləq rekordun qırıla biləcəyi deməkdir. Daha əvvəl rəsmi oyunlarda ən uzaq məsafədən qol 96,01 metrdən vurulub. Bunu 2021-ci ildə “Nyuport”un qapıçısı Tom Kinq bacarıb.
Matçdan sonra Rekena klubun “Ginnesin rekordlar” kitabına müraciət edəcəyini açıqlayıb.
(Azərtac)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.