PAYTAXT XƏBƏRLƏRİ

"Formula 1": Yarış həftəsində hansı yollar açıq olacaq?

Bakı Şəhər Halqası bəyan edib ki, 24-26 aprel aralığında səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.
Sputnik
BAKI, 16 mart — Sputnik. "Formula 1" üzrə Azərbaycan Qran Prisinin yarış həftəsində trekin əhatə etdiyi bəzi yollar nəqliyyatın hərəkətinə açıq olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Sputnik Azərbaycan-a verilən məlumata görə, yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalına qədər olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi aprelin 24-dən 29-dək müəyyən saatlarda əhalinin istifadəsi üçün açılacaq.
24-26 aprel aralığında səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.
Göstərilən yollar yalnız tranzit dəhlizi kimi istifadə ediləcək. Maşınların orada dayanması və ya parkinqi təhlükəsizlik baxımından qadağandır.
Məlumat üçün bildirək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün Abşeron tribunasının B sektorunun biletləri tamamilə satılıb.
Qeyd edək ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İDMAN
"Formula 1": Bir sektorun biletləri tamamilə satılıb