RUSİYA

Putin-Əsəd görüşündə Türkiyə ilə münasibətlər müzakirə olunacaq

Peskovun sözlərinə görə, Rusiya Federasiyası və Suriya liderləri ikitərəfli münasibətləri və Suriyada nizamlanma prosesinin aspektlərini müzakirə edəcəklər.
Sputnik
BAKI, 15 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Suriya lideri Bəşər Əsəd Moskvada keçiriləcək danışıqlarda Dəməşq və Ankara münasibətləri məsələsinə toxunacaqlar.
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"Əlbəttə, bu və ya digər şəkildə Suriya-Türkiyə münasibətləri mövzusuna mütləq toxunulacaq", - Kreml sözçüsü bildirib.
O, Rusiya-Suriya danışıqlarının Suriya Prezidenti Əsədlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş ehtimalına necə təsir edəcəyi ilə bağlı sualı da cavablandırıb.
Peskovun sözlərinə görə, Rusiya Federasiyası və Suriya liderləri ikitərəfli münasibətləri və Suriyada nizamlanma prosesinin aspektlərini müzakirə edəcəklər.
"Burada, ilk növbədə, ikitərəfli Rusiya-Suriya münasibətləri, Suriya Ərəb Respublikasının müharibədən sonrakı bərpası zamanı qarşılıqlı fəaliyyət daxil olmaqla, suverenliyin mütləq prioriteti vurğulanmaqla Suriya nizamlanmasının bu cür davam etdirilməsi ön plandadır", - Peskov deyib.
Əsəd martın 14-də Moskvaya gəlib. Vnukovo hava limanında onu Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov, Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri və Rusiyanın Suriyadakı səfiri Aleksandr Yefimov qarşılayıblar. Putin və Əsəd sonuncu dəfə 2021-ci ilin sentyabrında Suriya prezidentinin Moskvaya səfəri zamanı görüşüblər.
DÜNYA XƏBƏRLƏRİ
Türkiyə və Rusiya arasında Suriya üzrə məsləhətləşmələr aparılıb