İDMAN

Qadınlardan ibarət millimiz Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

Aprel ayında qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyə yığması ilə qarşılaşacaq. Oyun "Dalğa Arena"da baş tutacaq.
Sputnik
BAKI, 13 mart — Sputnik. Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirəcək. AFFA-nın saytında xəbər verilir ki, millimiz aprelin 8-də və 11-də Türkiyə yığması ilə qarşılaşacaq.
Hər iki qarşılaşma "Dalğa Arena"da baş tutacaq. Oyunlar saat 16:00-da başlayacaq.
Qeyd edək ki, qadın futbolçulardan ibarət Azərbaycan millisi bundan öncə Xorvatiya yığması ilə yoldaşlıq oyunu keçirmişdi.
“Dalğa Arena”da keçirilmiş Azərbaycan - Xorvatiya oyunu 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.