BAKI, 3 mart - Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tikinti işləri ilə bağlı açıqlama verib.
Şirkətdən verilən xəbərə görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 28-30 aprel tarixlərində baş tutacaq 2023-cü il "Formula 1" Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlayır.
Verilən məlumata görə, tikinti-quraşdırma işləri yarış həftəsinə qədər davam edəcək.
Qeyd edək ki, tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcək. BŞH bu barədə ictimaiyyəti davamlı şəkildə məlumatlandıracaq.