RUSİYA

Brüssel Bakı və İrəvanla münasibətlərindən sui-istifadə edir - Lavrov

Rusiya xarici işlər naziri bildirib ki, Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərdən açıq şəkildə sui-istifadə edir.
Sputnik
BAKI, 28 fevral — Sputnik. Brüssel Bakı və İrəvanla münasibətlərindən, o cümlədən Ermənistan ərazisindəki missiyadan sui-istifadə edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra deyib: "Biz görürük ki, Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərdən açıq şəkildə sui-istifadə edir, o cümlədən Ermənistan ərazisindəki missiyasının legitimliyi baxımından ciddi şübhələr yaradır".
Nazirin sözlərinə görə, bu missiyanın mandatı, funksiyası və müddəti ilə bağlı çoxlu suallar doğurur.
Bundan əvvəl Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar jurnalistlərə bildirmişdi ki, Aİ-nin xarici işlər nazirləri Ermənistanda mülki missiyanın yaradılmasını təsdiqləmək niyyətindədirlər, onun vəzifəsinə regionda sabitliyin yaradılması daxildir. Onun tərkibinə Avropa İttifaqının ən azı yüz nümayəndəsinin daxil olacağı gözlənilir.
2022-ci ilin oktyabrında Lüksemburqda keçirilən görüşdə Aİ xarici işlər nazirləri 40 müşahidəçinin Ermənistana, Azərbaycanla sərhədə göndərilməsini təsdiqləyiblər. Oktyabrın sonunda missiya Ermənistan ərazisinə yerləşdirilib. Onun mandatı iki ay idi və dekabrın 19-da başa çatıb.
Laçın yolu
Lavrov xatırladıb ki, Laçın yolunun fəaliyyəti Rusiya, Ermənistan və Azərbaycanın 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olmalıdır.
"Bu, müstəsna olaraq mülki humanitar yüklərin və mülki şəxslərin hərəkət azadlığının təmin edilməsi zərurəti deməkdir. Biz təmaslarımızda, ilk növbədə, Rusiya sülhməramlı kontingenti vasitəsilə buna çalışırıq", - rusiyalı nazir əlavə edib.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Bayramov: Ermənistan tərəfi sülh müqaviləsi ilə bağlı işdə qeyri-konstruktiv mövqe tutub