BAKI, 22 yanvar - Sputnik. "Twitter"in rəhbəri İlon Mask CNBC kanalının efirində "Twitter"də cəmi 1,3 min əməkdaşın qalması ilə bağlı iddialara cavab verib.
İş adamı özü sosial şəbəkənin bütün işçilərini sayaraq qeyd edib ki, onların sayı mediada yazılanlardan əlavə ən azı mindən çoxdur.
"Bu məlumatlar yanlışdır. Hazırda "Twitter"də 2,3 minə yaxın aktiv işçi çalışır", - deyə Mask qeyd edib.
Milyarder həmçinin əlavə edib ki, yüzlərlə işçi hələ də etimad və təhlükəsizlik komandasında çalışır.
"Hələ də bir neçə min işçimiz var", - deyə Mask bildirib.
CNBC "Twitter"də əsas vəzifələrdə 550-dən az tam ştatlı işçinin olduğunu və şirkətin təxminən 75 işçisinin məzuniyyətdə olduğunu iddia edib. Telekanal bu barədə sosial şəbəkənin daxili sənədlərinə istinad edib.
Bu yaxınlarda "Twitter" əməkdaşlarının İlon Maskın sosial şəbəkəni almasından sonra işçilərin kütləvi şəkildə ixtisar olunacağından qorxaraq şirkətin vanna otağında hönkür-hönkür ağladıqları bildirilirdi.