BAKI, 2 yanvar - Sputnik. Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino bütün dünya ölkələrini üçqat dünya çempionu Pelenin şərəfinə bir stadion adlandırmağa çağırıb.
İnfantino bu barədə bazar ertəsi Braziliyanın "Santos" klubunun eyniadlı şəhərdəki (San Paulo ştatı) stadionunda Pele ilə vida mərasimində bildirib.
"Mən çoxlu duyğular hiss edirəm: kədərlənirəm, amma gülümsəyirəm, çünki Pele bizə çoxlu təbəssümlər bəxş etdi. Biz FİFA-da Kralı şərəfləndirəcək və bütün dünyadan onu bir dəqiqəlik sükutla yad etməyi xahiş edəcəyik. Bundan əlavə , biz bütün dünya ölkələrini Pelenin şərəfinə ən azı bir stadion adlandırmağa çağırmaq niyyətindəyik ki, uşaqlarımız onun nə qədər vacib olduğunu bilsinlər”, - Globo İnfantinodan sitat gətirib.
Pele 2022-Cİ İL dekabrın 29-da vəfat edib. O, tarixdə oyunçu kimi üç dəfə (1958, 1962, 1970) Dünya Kubokunu qazanan yeganə oyunçudur. O, 92 matçda 77 qol vuraraq Braziliya millisinin ən çox qol vuran bombardiri titulunu Neymarla bölüşür. Pele peşəkar karyerasında ən çox qol vuran kimi Ginnesin Rekordlar Kitabına düşüb - bəzi məlumatlara görə, braziliyalı 1281 qol vurub.