SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin xarici işlər naziri İrəvanı Bakı ilə tezliklə sülh sazişi imzalamağa çağırdı

Azərbaycan və Türkiyənin mövqeləri son dərəcə açıqdır, ona görə də, şübhəsiz ki, səmimi addımlar cavabsız qalmayacaq.
Sputnik
BAKI, 15 dekabr — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrəvanı Azərbaycanla tezliklə sülh sazişi imzalamağa çağırıb. Nazir bildirib ki, Ermənistan tərəfinin səmimi addımları cavabsız qalmayacaq.
"Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ikitərəfli münasibətlərin normallaşması ilə bağlı dialoqu davam etdirirlər. Tərəflər əvvəllər hava məkanının açılması üçün razılaşdırılmış addımlar atıblar. Türkiyə birbaşa olaraq hava nəqliyyatı sahəsində bir sıra qərarlar qəbul edib ki, bu da etimadın artırılmasına yönəlib. Düşünürəm ki, İrəvan da Ankara ilə dialoqda səmimi addımlar atmalıdır", - deyə "Anadolu" agentliyi Çavuşoğlunun sözlərindən sitat gətirib.
"Azərbaycan və Türkiyənin mövqeləri son dərəcə açıqdır, ona görə də, şübhəsiz ki, səmimi addımlar cavabsız qalmayacaq. Cənubi Qafqazda sülh və sabitlik üçün konkret addımlar vacibdir. Ermənistan mümkün qədər tez sülh sazişi imzalamalıdır", - türkiyəli nazir bildirib.
SİYASƏT
Türkiyə Ermənistanı sülh sazişi imzalamağa və başqalarından mədət ummamağa çağırdı