BAKI, 15 noyabr — Sputnik. AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə UEFA-nın Gənclər və Həvəskar Futbol Komitəsinin həqiqi üzvü seçilib.
Milli Assosiasiyanın rəsmi saytının xəbərinə görə, bununla bağlı qərar həmin komitənin iclasında verilib.
Qeyd edək ki, Cahangir Həsənzadə Azərbaycan yığmasının sabiq qapıçısı karyerasında "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran" və "Qəbələ" kimi klubların formasını geyinib.
Xatırladaq ki, 2020-ci ilin iyunun 30-dan texniki direktor vəzifəsinin icrası AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub.