BAKI, 28 oktyabr - Sputnik. Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başa çatıb.
Meydan sahiblərindən Lüdovik Blas 16-cı dəqiqədə topu "köhlən atlar"ın qapısından keçirib.
Qarşılaşmanın 56-cı dəqiqəsində penaltidən fərqlənən Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç tarazlığı bərpa edib - 1:1.
Oyunun 94-cü dəqiqəsində "Nant"ın oyunçusu İqnatius Qanaqo növbəti qolu "Qarabağ"ın qapısından keçirib - 2:1.
Beləliklə, bu nəticədən “Qarabağ” 7 xalla 2-ci pillədəki mövqeyini qoruyub. 6 xalı olan "Nant" isə 3-cü sırada qərarlaşıb. E qrupunun digər oyununda “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”u ilə 1:1 hesabı ilə liderliyi təmin edib və 1/8 finala yüksəlib.
"Bojuar" stadionunda keçirilən oyunu danimarkalı FIFA referisi Yakob Kehlet idarə edib.
Oyunun gedişində Qarabağ"ın kapitanı Qara Qarayev zədələnib. Oyunu davam etdirə bilməyən təcrübəli yarımmüdafiəçi 79-cu dəqiqədə Julio Romao ilə əvəzlənib.
Qeyd edək ki, Fransada "Nant" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda Ermənistan bayrağı açılıb.
Azarkeşlər bayrağı qapı arxasındakı tribunada yerləşdiriblər.