İDMAN

Fransada "Qarabağ"a nə qədər azarkeş dəstək olacaq

Avropa Liqasının qrup mərhələsinin başa çatmasına iki tur qalmış Qurban Qurbanovun yetirmələri 7 xal toplayıb və öz kvartetində ikinci pillədə qərarlaşıb.
Sputnik
BAKI, 26 oktyabr - Sputnik. Ağdamın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa “Nant”ı ilə səfər oyununda dəstəksiz qalmayacaq. Avropa Liqasının “G” qrupunun V turunun Fransanın “Nant”ı ilə Ağdam “Qarabağ”ı arasında cümə axşamı, oktyabrın 27-də saat 12:00-da "La Beaujoire" stadionunda keçiriləcək görüşündə Qurban Qurbanovun komandasını 500 azərbaycanlı azarkeşin dəstəkləyəcəyi gözlənilir.
Onların arasında həm Azərbaycandan olan azarkeşlər, həm də Fransada yaşayan soydaşlarımız var.
Dördüncü turdan sonra “Qarabağ” yeddi xalla G qrupunda ikinci, “Nant” isə üç xalla üçüncüdür.
On iki xalı olan Almaniya "Frayburq"unun lideri, Yunanıstanın "Olimpiakos"u isə 1 xalla turnir cədvəlini qapayır.
"Nant" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.