BAKI, 16 oktyabr - Sputnik. Qazın qiymətinin yuxarı həddinin tətbiqi müqavilələrin şərtlərinin pozulmasıdır. Nəticədə, belə bir qərar mavi yanacağın tədarükünün dayandırılmasına səbəb ola bilər.
Bunu "Qazprom"un rəhbəri Aleksey Miller jurnalist Pavel Zarubinin “Moskva. Kreml. Putin." proqramına müsahibəsində bildirib.
Müsahibədən bir parça aparıcının “Telegram” kanalında yer alıb.
Miller deyib ki, “Qazprom” imzalanmış müqavilələri rəhbər tutur. Onun sözlərinə görə, birtərəfli qərar sənədin şərtlərinin pozulmasıdır.
Oktyabrda Aİ Rusiyaya qarşı Rusiya neftinin dəniz yolu ilə daşınması zamanı qiymət tavanının müəyyən edilməsini nəzərdə tutan səkkizinci sanksiyalar paketini rəsmən dərc edib. Qadağaya, həmçinin, polad məhsulları, maşınlar, plastik, kimyəvi maddələr və siqaretlərin tədarükü də daxil idi.
ABŞ-ın maliyyə naziri Canet Yellen hesab edir ki, Qərb ölkələri Rusiya neftinin barelinin tavan qiymətini 60 dollar səviyyəsində müəyyən etməlidir. Onun fikrincə, bu, Rusiyanın enerji resurslarının satışından əldə etdiyi gəliri azaltmağa və eyni zamanda onların istehsalının rentabelliyini saxlamağa kömək edəcək.