HƏRBİ

Bakıda MDB dövlətləri SQ Qərargah Rəisləri Komitəsinin iclası keçirilir

İclasda MDB ölkələrində hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi, yekun protokolların imzalanması və növbəti il üçün birgə iş planının hazırlanması nəzərdə tutulub.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası bu gün Bakıda öz işinə başlayıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
İclasda MDB ölkələrində hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi, yekun protokolların imzalanması və növbəti il üçün birgə iş planının hazırlanması, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün Bakıya gəlmiş yüksək rütbəli hərbi nümayəndə heyətləri oktyabrın 12-də Şəhidlər xiyabanını ziyarət ediblər.
Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələri ehtiramla yad edilib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyulub.
İclasa Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sədrlik edir.
HƏRBİ
MDB dövlətlərinin yüksək rütbəli hərbçiləri Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO