BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində yer aldığı F qrupunun təqvimi müəyyənləşib.
Canni de Byazinin yetirmələri ilk oyununu səfərdə keçirəcək.
Komandamız gələn il martın 24-də Avstriyanın qonağı olacaq. Millimiz qrupda son görüşünü isə noyabrın 19-da Belçika səfərində keçirəcək.
AVRO-2024-ün seçmə mərhələsi
F qrupu
I tur, 24 mart 2023-cü il
22:45. Avstriya - Azərbaycan
II tur, 27 mart
22:45. İsveç - Azərbaycan
III tur, 17 iyun
21:00. Azərbaycan - Estoniya
IV tur, 9 sentyabr
21:00. Azərbaycan - Belçika
V tur, 13 oktyabr
22:45. Estoniya - Azərbaycan
VI tur, 16 oktyabr
21:00. Azərbaycan - Avstriya
VII tur, 16 noyabr
21:00. Azərbaycan - İsveç
VIII tur, 19 noyabr
21:00. Belçika - Azərbaycan
Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
"Festhalle" sərgi mərkəzində keçirilən tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.
Canni De Byazinin baş məşqçi olduğu kollektiv Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.
Qrupların tərkibi belədir:
A qrupu: İspaniya, Şotlandiya, Norveç, Gürcüstan, Kipr
B qrupu: Niderland, Fransa, İrlandiya, Yunanıstan, Cəbəllütariq
C qrupu: İtaliya, İngiltərə, Ukrayna, Şimali Makedoniya, Malta
D qrupu: Xorvatiya, Uels, Ermənistan, Türkiyə, Latviya
E qrupu: Polşa, Çexiya, Albaniya, Farer adaları, Moldova
F qrupu: Belçika, Avstriya, İsveç, Azərbaycan, Estoniya
G qrupu: Macarıstan, Serbiya, Monteneqro, Bolqarıstan, Litva
H qrupu: Danimarka, Finlandiya, Sloveniya, Qazaxıstan, San Marino,
İ qrupu: İsveçrə, İsrail, Rumıniya, Kosovo, Belarus, Andorra
J qrupu: Portuqaliya, Bosniya və Herseqovina, İslandiya, Lüksemburq, Slovakiya, Lixtenşeyn.
Qardaş Türkiyənin milliləri Xorvatiya, Uels, Ermənistan və Latviya ilə D qrupundadır.
Qeyd edək ki, seçmə mərhələdə qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-offa vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq. (Report)
Almaniya yığması ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.