SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Moskvada MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin toplantısı olacaq

Toplantıda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan və Rusiya nümayəndələri iştirak edəcək.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Sentyabrın 30-da Rusiyanın paytaxtı Moskvada MDB-yə üzv ölkələrin təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərlərinin müşavirəsi keriləcək.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosudan bildirilib.
Məlumata görə, sentyabrın 30-da MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərlərinin XVIII müşavirəsi keçiriləcək.
Toplantıda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan və Rusiya nümayəndələri iştirak edəcək.
İclasdan əvvəl-sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putin MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərləri ilə videokonfrans formatında müşavirə keçirəcək.
HƏRBİ
Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının katibi ilə görüşüb