BAKI, 25 sentyabr - Sputnik. ABŞ Prezidenti Co Bayden noyabrda Banqkokda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (ASİƏ) rəhbərliyinin toplantısında “ailə vəziyyətinə görə” iştirak edə bilməyəcək. Bu barədə yerli Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən “Thai PBS” telekanalı məlumat yayıb.
Lakin Bayden İndoneziyanın Bali adasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitindən bir neçə gün əvvəl baş tutacaq G20 sammitində iştirak edəcək.
Onu da əlavə edək ki, ABŞ Konqresində Baydeni ölkənin xarici siyasətdəki biabırçılıq və iqtisadi problemlərə görə ittiham ediblər.