İDMAN

Azərbaycan millisindən parlaq qələbə

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrupa mərhələsinin oyununda Qazaxıstan komandasını məğlub edib.
Sputnik
BAKI, 25 noyabr - Sputnik. Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu baş tutub.
Görüşün 35-ci dəqiqəsində qonaqların heyətində Nurali Alib birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Azərbaycan komandası 67-ci dəqiqədə qonaqları mərkəzə dəvət edib.
Qazaxıstan seçməsinin heyətində Aleksandr Maroçkin avtoqol müəllifi olub.
Azərbaycan komandası 74-cü dəqiqədə qonaqları növbəti dəfə mərkəzə dəvət edib - 2:0.
Filip Ozobiçin zərbəsi qarşısıalınmaz olub.
90+1-ci dəqiqədə Anatoli Nuriyev matçda son nöqtəni qoyub - 3:0.
Azərbaycan millisi 10 xalla qrup ikincisi olub. Qrupu lider kimi 13 xalla Qazaxıstan yığması başa vurub.