BAKI, 21 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ruslara müraciətində xalqın iradəsini azad ifadə etməsi üçün referendumlarda təhlükəsizliyin təmin edilməsi ilə bağlı hər şeyi edəcək.
""Donbas xalq respublikaları"nın parlamentləri, eləcə də Xerson və Zaporojye vilayətlərinin hərbi-mülki administrasiyaları bu ərazilərin gələcəyi ilə bağlı referendum keçirmək qərarına gəlib və belə bir addımı dəstəkləmək xahişi ilə bizə, Rusiyaya müraciət ediblər. Mən vurğulayıram ki, biz əlimizdən gələni edəcəyik ki, referendumların keçirilməsi üçün təhlükəsiz şərait yaradılsın və insanlar öz iradələrini ifadə edə bilsinlər", - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Rusiya Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətinin sakinlərinin əksəriyyəti tərəfindən qəbul ediləcək qərarı dəstəkləyəcək.
Qismən səfərbərlik
Dövlət başçısı sentyabrın 21-də Rusiyada qismən səfərbərliyə başladığını elan edib.
"Mən regionların rəhbərlərinə komissarlıqların işinə bütün lazımi köməklik göstərməyi tapşırıram", - Putin bildirib.
O qeyd edib ki, artıq müvafiq fərman imzalanıb.
"Qanuna uyğun olaraq, bu gün Federal Məclisin palatası, Federasiya Şurası və Dövlət Duması bu barədə rəsmi məktublarla məlumatlandırılacaq", - Rusiya lideri bildirib.
Putin həmçinin Rusiya Federasiyası hökumətinə və Müdafiə Nazirliyinə Donbas könüllülərinin və silahlılarının hüquqi statusunu mümkün qədər tez müəyyən etməyi tapşırıb: "Bu, Rusiyanın adi hərbi qulluqçuları ilə eyni olmalıdır, o cümlədən maddi, tibbi və sosial təminatlar bura daxildir".
Dövlət başçısı əlavə edib ki, qismən səfərbərlik haqqında sərəncamda dövlət müdafiə sifarişinin yerinə yetirilməsi ilə bağlı əlavə tədbirlər də nəzərdə tutulub.
O, Donbasın könüllüləri və silahlı birləşmələrinin texnika və avadanlıqla təmin olunmasına xüsusi diqqət yetirilməsini tələb edib. Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib ki, xalqın iradəsini azad ifadə etməsi və referendumların keçirilməsi üçün təhlükəsiz şəraitin təmin edilməsi ilə bağlı hər şey ediləcək.