DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zas Qırğızıstan və Tacikistan rəsmiləri ilə sərhəddəki gərginliyi müzakirə etdi

KTMT-nin baş katibi Stanislav Zas hər iki ölkənin Təhlükəsizlik Şurasının katibləri ilə telefon danışığı aparıb.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. KTMT-nin baş katibi Stanislav Zas Qırğızıstan və Tacikistan Təhlükəsizlik Şuralarının katibləri ilə danışıqlar aparıb. Bu barədə təşkilatın "Telegram" kanalında məlumat verilib.
"Sentyabrın 16-da KTMT-nin baş katibi Stanislav Zas Qırğızıstan-Tacikistan sərhədində vəziyyətin kəskin şəkildə gərginləşməsi ilə əlaqədar Qırğızıstan Respublikası Təhlükəsizlik Şurasının katibi Marat İmankulov və Tacikistan Respublikası Təhlükəsizlik Şurasının katibi Nasrullo Mahmudzoda ilə telefon danışığı aparıb", - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, danışıqlar zamanı tərəflər münaqişənin sülh yolu ilə həlli üçün səlahiyyətli orqanlar vasitəsilə dərhal atəşkəs və danışıqlara ehtiyac olduğunu bildiriblər.
Bundan əvvəl Qırğızıstan Xarici İşlər Nazirliyi vəziyyətin gərginləşməsi ilə əlaqədar Tacikistan nümayəndələrinə etiraz notası təqdim edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Qırğızıstanla sərhəddə silahlı insident nəticəsində bir Tacikistan sərhədçisi həlak olub, bir neçəsi yaralanıb.
Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dən çoxdur, Sovet İttifaqının dağılmasından sonra bölgədə onlarla mübahisəli hissələr qalıb. İndiyədək iki ölkə arasında delimitasiya və demarkasiya prosesində 660 km-dən artıq məsafə müəyyən edilib və razılaşdırılıb.
Bəzi ərazilərdə vaxtaşırı sərhədyanı ərazilərin yerli sakinləri, eləcə də sərhədçilər arasında mübahisələr və münaqişələr yaranır.
DÜNYA XƏBƏRLƏRİ
Qırğızıstan-Tacikistan sərhədində ağır döyüşlər gedir