İDMAN

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

Milli üzvlərindən Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş, Taleh Məmmədov, Həsrət Cəfərov və Arif Niftullayev bürünc medal qazanıblar.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında növbəti uğura imza atıb.
Yarışda 9 idmançı ilə təmsil olunan yığmamız yekunda 118 xalla komanda hesabında ikinci yeri tutub.
Milli üzvlərindən Eldəniz Əzizli (55 kiloqram) qızıl, Ülvi Qənizadə (72 kiloqram) gümüş, Taleh Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Arif Niftullayev (97 kiloqram) bürünc medal qazanıblar.
Qeyd edək ki, Türkiyə millisi 125 xalla bütün rəqiblərini qabaqlayıb. Meydan sahibləri isə 110 xalla üçüncü olublar.