DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KTMT-nin iclasında Azərbaycan və Ermənistan danışıqlara başlamağa çağırılıb

KTMT-nin iclasında Nikol Paşinyanın Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı məlumatı dinlənilib.
Sputnik
BAKI, 13 sentyabr - Sputnik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT-nin Ermənistan və Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclasında tərəfləri güc tətbiqindən əl çəkməyə və danışıqlara başlamağa çağırıb.
Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Tokayev çərşənbə axşamı KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında iştirak edib. Videokonfrans formatında olan tədbir Ermənistanın təklifi ilə keçirilib.
Sammitdə həmçinin Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan, Tacikistanın Baş naziri Koxir Rəsulzoda, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç, KTMT baş katibinin müavini Valeri Semerikov iştirak edib.
Paşinyanın Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı məlumatı dinlənilib.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
RUSİYA
Putin Azərbaycan-Ermənistan sərhədində deeskalasiya üçün əlindən gələni edir