BAKI, 2 sentyabr — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Rusiya qazı üçün yüksək qiymət tətbiq etmək çağırışını şərh edib. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sentyabrın 2-də "Telegram" kanalında bildirib.
"Bu da, neftdəki kimi olacaq. Avropada sadəcə, Rusiya qazı olmayacaq", - deyə Medvedev xəbərdarlıq edib.
"KP.RU" saytı bu yaxınlarda yazıb ki, Ursula fon der Leyen Rusiyadan boru kəməri ilə Avropaya nəql olunan qazın qiymətinin yuxarı həddini tətbiq edilməsi ilə bağlı çağırış edib. Onun sözlərinə görə, artıq belə bir addımın vaxtı çatıb.
Xatırladaq ki, Qərb jurnalistləri "Böyük Yeddilik" (G7) ölkələrinin Rusiya nefti və neft məhsullarının dəyərinə yüksək qiymət həddi tətbiq etməyi planlaşdırdıqlarını öyrəniblər. Layihəyə əsasən, neftin maksimum qiymət həddi 2022-ci il dekabrın 5-dən, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən tətbiq oluna bilər.