BAKI, 30 avqust — Sputnik. Millimiz Çexiyada öz sözünü deyəcək.
Bunu "Report"a açıqlamasında Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının baş məşqçisi Elxan Məmmədov deyib.
Dünya çempionu hazırda Göygöl Olimpiya Kompleksində keçirilən təlim-məşq toplanışının 15-18 sentyabrda Çexiyanın paytaxtı Praqada təşkil olunacaq gənclər arasında Avropa çempionatına hazırlıq məqsədi daşıdığını bildirib: "Artıq bir həftədir ki, təlim-məşq toplanışındayıq. Burada Özbəkistan, İsrail, Niderland, Tacikistan kimi ölkələr bizimlə birlikdə hazırlıq keçir. Belə təlimlər bizim üçün çox faydalıdır. Hazırlığımız davam edir. Qarşıda bizi Avropa çempionatı gözləyir".
Qitə birinciliyinə 9 cüdoçunun yollanacağını deyən Məmmədov komandadan uğurlu çıxış gözlədiyini bildirib: "Əminəm ki, millimiz orada öz sözünü deyəcək".
Xatırladaq ki, avqustun 17-də Azərbaycan çempionu "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşün baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olub. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb.