İDMAN

KİV: Ronaldu “Napoli”yə keçir

Paralel olaraq “Napoli”-nin hücumçusu Viktor Osimxenin 100 milyon avro müqabilində “Mançester Yunayted”-ə keçməsi planlaşdırılır.
Sputnik
BAKI, 28 avqust - Sputnik. İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Kriştian Ronaldu İtaliyanın ”Napoli” komandasına keçməyə razılıq verib.
APA-nın “La Gazzetta dello Sport” nəşrinə istinadən verdiyi xəbərə görə, keçid yaxın vaxtlarda reallaşacaq.
“Napoli”-nin icarəyə götürəcəyi portuqaliyalının maaşını tam olaraq “Mançester Yunayted” ödəyəcək. Bununla bərabər, paralel olaraq “Napoli”-nin hücumçusu Viktor Osimxenin 100 milyon avro müqabilində “Mançester Yunayted”-ə keçməsi planlaşdırılır.
İDMAN
Ronaldu "Mançester Yunayted" tarixinin "10-luğ"una düşə bilməyib