BAKI, 27 avqust - Sputnik. Diabet və yüksək təzyiqi olmayan, lakin müəyyən vitamin çatışmazlıqları və bir çox xəstəliklərdən əziyyət çəkənlərə əncir yemək tövsiyə olunur.
Belə ki, bir ədədi təxminən 60 kaloridən ibarət olan əncir kalium, A və E vitaminləri ilə zəngindir.
Antioksidant təsirə malik olan əncir həzmi asanlaşdırır, ürək-damar sağlamlığını qoruyur, dərini cabanlaşdırır, immuniteti gücləndirir.
Bol kalsium və maqneziumla zəngin olan əncir sümüklər üçün də faydalıdır.
Həkimlər məsləhət görür ki, qəbizlikdən əziyyət çəkən şəxslər əncir yedikdən sonra üzərindən su içsinlər. Belə olan haıda qəbizliyin qarşısı alınır.
Daha faydalı olması üçün həkimlər ənciri qabığı ilə birgə yeməyi tövsiyə edir.