AZƏRBAYCAN XƏBƏRLƏRİ

Nazir müavini Azərbaycanda baş vermiş yanğınların sayını açıqladı

Fövqəladə hallar nazirinin müavini bildirib ki, 211 hektardan çox meşə sahəsi, 2318 hektar biçilmiş taxıl zonası yanıb.
Sputnik
BAKI, 26 avqust — Sputnik. Yanvarın 1-dən avqustun 25-nə qədər ölkədə 10900 yanğın hadisəsi baş verib.
Bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, buraya işğaldan azad olunmuş ərazilər də daxildir: "O cümlədən 211 hektardan çox meşə sahəsi, 2318 hektar biçilmiş taxıl zonası yanıb. Baş vermiş yanğınlar nəticəsində 29 nəfər yanğından həlak olub".
Fövqəladə hallar nazirinin müavini bildirib ki, hazırda Siyəzən, Şabran, Quba və Qusarda yanğınlar davam edir. O bildirib ki, həmçinin hazırda Masallıda İstisuda yanğın var: "Bütün yanğınlar nəzarət altındadır və söndürülməsi istiqamətində işlər davam etdirilir".
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Masallıda dağlıq ərazi yanır, bölgəyə helikopterlər cəlb edilib