TƏHSİL

MİQ üzrə əlavə vakansiya olacaq

Namizədlər 26 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçib, elektron ərizələrini təsdiq edəcəklər.
Sputnik
BAKI, 23 avqust — Sputnik. 24-26 avqust tarixlərində 2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimi həyata keçiriləcək.
Bu barədə Təhsil İnstitutunun İnsan Resurslar Mərkəzindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, 24 avqust saat 11:00-dan etibarən seçimə start veriləcək və bu proses proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada təşkil olunacaq.
Namizədlər 26 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Əlavə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Qeyd edək ki, vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün təqvim ili ərzində müsahibələrin həyata keçirilməsi nəzərdə tutulub.
TƏHSİL
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə MİQ müsabiqəsinə başlanıb