HƏRBİ

Azərbaycan snayperləri beynəlxalq müsabiqədə uğurla iştirak edirlər

Beynəlxalq müsabiqədə snayperlərimiz cütlük şəklində atəş mövqeyinin seçilməsi, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.
Sputnik
BAKI, 23 avqust — Sputnik. İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində ikinci mərhələnin növbəti çalışmaları yerinə yetirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan snayperləri "Cütlər sıralaması" mərhələsinin "Şəhər əməliyyatı" və "Tənzimləmə" çalışmalarını müvəffəqiyyətlə yerinə yetiriblər.
Çalışmalar zamanı snayperlərimiz cütlük şəklində atəş mövqeyinin seçilməsi, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra ediblər.
HƏRBİ
"Snayper həddi" müsabiqəsinin açılış mərasimi keçirilib