SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qazaxıstandan mühüm zəng: Azərbaycan Avrasiya İqtisadi İttifaqının iclasına dəvət edildi

Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Baş nazir Əli Əsədovu Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak etmək üçün qonaq qismində səfərə dəvət edib.
Sputnik
BAKI, 19 avqust — Sputnik. Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov Azərbaycanın Baş naziri Əli Əsədovu Avrasiya Hökumətlərarası Şurasının qarşıdan gələn iclasında qonaq qismində iştirak etməyə dəvət edib. Bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Qırğız Respublikası Nazirlər Kabinetinin sədri ilə Azərbaycan Respublikasının Baş naziri arasında telefon danışığı olub. Japarov Əsədovu Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak etmək üçün Qırğızıstan Respublikasına qonaq qismində səfərə dəvət edib. Bu il iclas avqustun 25-26-da Çolpon-Ata şəhərində keçirilib", - məlumatda deyilir.
Mətbuat xidməti əlavə edib ki, söhbət zamanı tərəflər Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri zamanı dövlət başçıları arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Avrasiya İqtisadi İttifaqı regional iqtisadi inteqrasiya üçün beynəlxalq təşkilatdır. Aİİ malların, habelə xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst fəaliyyətini və iqtisadiyyatın sektorlarında əlaqələndirilmiş və vahid siyasətin aparılmasını təmin edir. Avrasiya İqtisadi İttifaqına Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycana səfər edəcək.
Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.
SİYASƏT
Qazaxıstan prezidenti əvvəl Soçiyə, sonra isə Bakıya gələcək