BAKI, 18 avqust - Sputnik. Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında üçtərəfli görüş başa çatıb.
Görüş təxminən 40 dəqiqə davam edib. Tərəflər Ukraynada müharibənin diplomatik yollarla dayandırılması, taxıl koridorunun fəaliyyəti və digər məsələləri də müzakirə ediblər.
Bundan əvvəl Lvovda Ukrayna Prezidenti Vladimir Zelenski ilə BMT baş katibi Antoniu Quterreşin təkbətək görüşü olub. Görüşdə Ukrayna-Rusiya müharibəsi, Ukrayna limanlarından gəmilərlə taxılın çıxarılması və humanitar məsələlər müzakirə olunub.
Bu gün Lvovda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında da görüş keçirilib.