BAKI, 16 avqust — Sputnik. ABŞ Ukraynadakı münaqişəni uzatmağa çalışır. Bunu mövcud vəziyyət də sübut edir. Rusiya prezidenti Vladimir Putin bu barədə 16 avqust 2022-ci il çərşənbə axşamı beynəlxalq təhlükəsizlik üzrə X Moskva konfransının iştirakçıları və qonaqlarına müraciətində bildirib.
"Ukraynadakı vəziyyət onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar bu münaqişəni uzatmağa çalışır". – Rusiya prezidenti fikrini izah edib. – "Onlar eyni şəkildə hərəkət edərək Asiya, Afrika və Latın Amerikasında münaqişə potensialını gücləndirirlər".
Dövlət başçısı əmindir ki, ABŞ bu yolla ştatın əhalisini rekord inflyasiya və benzinin qiymətinin rekord həddə qalxması kimi özünün daxili problemlərindən yayındırmağa çalışır.
Vladimir Putin iddia edir ki, Ağ Ev əsassız olaraq yaranmış kəskin problemlərə görə bütün məsuliyyəti Rusiya və Çinin üzərinə qoymağa çalışır.
Daha əvvəlllər yazıldığı kimi, ABŞ ağır maliyyə böhranına girib. Bunu Nyu York meri Erik Adams bəyan edib.