BAKI, 15 avqust — Sputnik. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 68,3 mln. ton yük, 777 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qeyd olunan göstəricilər üzrə müvafiq olaraq 11,3% və 23,6% artım qeydə alınıb.
Məlumatda qeyd olunur ki, sərnişinlərin 94,2%-i avtobus, 5,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 17,9%, sərnişin dövriyyəsi isə 22,9% artıb.