İDMAN

Azərbaycanın iki şahmatçısı Olimpiadada mükafatlandırılıb

Şahmat üzrə Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri yarışı 16 xalla 7-ci sırada başa vurublar.
Sputnik
BAKI, 11 avqust — Sputnik. Hindistanın Çennai şəhərində başa çatan Şahmat Olimpiadasında Azərbaycanın iki qadın şahmatçısı fərdi göstəricilərə görə medal qazanıb.
İkinci lövhədə çıxış edən Xanım Balacayeva bürünc, ehtiyat – 5-ci lövhədə yer alan Ülviyyə Fətəliyeva gümüş medala layiq görülüb.
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri yarışı 16 xalla 7-ci sırada başa vurublar.
Qeyd edək ki, kişilərin yarışında Özbəkistan, qadınların mübarizəsində isə Ukrayna Olimpiadanın qalibi olub.
Xatırladaq ki, 44-cü Ümumdünya Şahmat Olimpiadasının açılışı iyulun 28-də start götürüb, avqustun 10-da yekunlaşıb.