RUSİYA

Kreml: Rusiya Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə hazırdır

Kremlin sözçüsü bildirib ki, sülhün şərtləri İstanbulda danışıqları aparan hər iki tərəf – Rusiya və Ukrayna arasında razılaşdırılıb.
Sputnik
BAKI, 3 avqust — Sputnik. Rusiya Ukraynadakı münaqişənin öz şərtləri əsasında sülh yolu ilə həll etməyə hazırdır ki, bu da hamıya məlumdur. Bu barədə Kreml məlumat verib.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiya Prezidenti Vladimir Putinlə Almaniyanın keçmiş kansleri Gerhard Şröderin söhbəti zamanı Moskvanın həqiqətən də münaqişəni diplomatiya yolu ilə həll etməyə hazır olduğunu bəyan edib-etməməsi ilə bağlı sualına cavab verib:
"Bəli, həqiqətən də Rusiya Ukrayna problemini diplomatiya yolu ilə, öz şərtləri əsasında həll etməyə hazırdır. Bu şərtlər İstanbulda danışıqları aparan hər iki tərəf – Rusiya və Ukrayna arasında razılaşdırılıb".
"Bundan sonra Ukrayna tərəfi bu razılaşmadan imtina edərək danışıq masasını tərk edib", - deyə Peskov əlavə edib.
Kremlin sözçüsü Rusiyanın şərtlərinin Ukraynaya yaxşı məlum olduğunu da xatırladıb:
"Bəli, Rusiya hazırdır və bizim şərtlərimiz Ukrayna tərəfinə yaxşı məlumdur. Bu və ya digər şəkildə təmin olunacaq".
Şröderin Putinlə söhbətində bu danışıqlarda, o cümlədən qazla bağlı danışıqlarda vasitəçi olmağa hazır olub-olmadığını dəqiqləşdirən suala Peskov belə cavab verib: "Şröder vasitəçi olmaq istəyini ifadə etməyib".
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Lavrov İstanbul görüşünün nəticələrini ciddi irəliləyiş adlandırıb