BAKI, 2 avqust — Sputnik. "Türkiyə – Qafqaz – Mərkəzi Asiya – Əfqanıstan vasitəsilə Cənubi Asiya" yeni multimodal dəhlizinin formalaşdırılması təşəbbüsü irəli sürülüb.
Bu təşəbbüslə Özbəkistan, Azərbaycan və Türkiyə nazirlərinin üçtərəfli görüşündə Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov çıxış edib.
Mahkamov qeyd edib ki, Cənubi Asiya ölkələri ilə yükdaşımaları inkişaf etdirmək üçün birgə səylər göstərmək lazımdır:
"Özbəkistan daşıyıcıları Əfqanıstandan keçməklə yüklərin Pakistana daşınmasına başlayaraq avtomobil nəqliyyatı ilə artıq marşrutu sınaqdan keçirir".
Qeyd edək ki, bu gün "Özbəkistan-Azərbaycan-Türkiyə" dialoq formatının ilk iclası keçirilir.
Xatırladaq ki, Özbəkistan və Azərbaycan hökumətləri ümumi layihələrin həyata keçirilməsi üçün birgə investisiya fondu yaratmağı planlaşdırır.